"Azərbaycanda sərnişin avtobuslarının 77%-nin, yük maşınlarının isə 81%-nin istismar müddəti 10 ildən çoxdur".
FED.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib.
Eləcə də bax: Maşın bazarında qiymətlər yenidən artır
O həmçinin ölkədə qaraj təsərrüfatının lazımi səviyyədə olmadığını, eləcə də qarajların çatışmadığını qeyd edib.
Dövlət Xidmətinin rəisi taksi xidməti ilə bağlı da boşluqların olduğunu da deyib: "Regionlardakı taksilər minimum tələblərə cavab vermirlər. Müvafiq tənzimlənmə olmadığından problemlər yaranır. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə kompleks tədbirlər görüləcək".