Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər saxlanılıblar.
Eləcə də bax: Postlardan qaytarılan maşınların sayı - AÇIQLANDI
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin oğlu özünə məxsus olan avtomobillə iyulun 7-də postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (karantin rejimi qaydalarını pozma) maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
Həmçinin Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlu da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə 15 sutka inzibati həbslə cəzalandırılıb.