Bəzi rayonlarda fəaliyyət göstərən avtovağzallar baxımsız vəziyyətdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, qurum avtovağzalların və avtostansiyaların fəaliyyətinə nəzarəti təmin edir. Lakin avtovağzallar özəl sahibkarlıq subyekti olduğundan onların yenilənməsi istiqamətində aparılan işlər sahibkarlar tərəfindən həyata keçirilir.
"Bu həftə ölkə üzrə fəaliyyət göstərən bütün avtovağzalların rəhbərləri ilə görüş keçirilməsi nəzərdə tutulub. Görüşdə cari vəziyyət, problemlər və görüləsi işlər müzakirə olunacaq" - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ölkə üzrə 50-dən çox avtovağzal və avtostansiya kompleksi mövcuddur.