Hazırda Bakıda ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir. Metronun hərəkəti məhduddur, ona görə də yük avtobusların üzərinə düşür. Yaranan tıxaclarla bağlı əhalinin qınaq obyektinə çevrilməmizin əsas səbəbi də elə budur.
Tramvay Bakının tıxac probleminə - ÇARƏ OLA BİLƏRMİ?
FED.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.
O qeyd edib ki, əvvəllər ictimai nəqliyyat vasitələri kimi alternativ nəqliyyat vasitələri, o cümlədən, tramvay və troleybuslar var idi. Hazırda əhalinin sayı da xeyli artıb. Qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyon əhali yaşayır. Tramvay və troleybusların olmasını biz də təqdir edirik. Bildiyimizə görə, şəhərin Baş planında bu məsələ var idi. Lakin uzunmüddətə reallaşacaq plana aiddir. (Trend)