Gürcüstanın müxalifət partiyasının üzvləri cümə günü öz tərəfdarları ilə birlikdə dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa reysin endiyi Tbilisi beynəlxalq hava limanında etiraz aksiyası keçirib.
ABŞ Rusiya ilə uçuşlara görə Gürcüstan şirkətlərinə sanksiyalar - TƏTBİQ EDƏ BİLƏR
FED.az xəbər verir ki, onlar əvvəlcə Tbilisinin mərkəzində toplaşaraq kortejlərdə hava limanına doğru hərəkət ediblər. Avtomobilin şüşələrinə Avropa Birliyi və Ukrayna bayraqları vurulub.
Asayişi təmin etmək üçün aeroport binasına çoxlu sayda polis səfərbər edilib.
Etirazçılar polis kordonunu yararaq binaya daxil olmağa çalışsalar da, polis onları saxlamağa müvəffəq olub, onlar əllərində plakatlarla ətrafda çıxışlarını davam etdirblər.
Hava limanına gələn Rusiyanın "Azimut" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri binanın içərisində yalnız jurnalistlər tərəfindən qarşılanıb, binanın yaxınlığında keçirilən etiraz aksiyası ilə əlaqədar digər vətəndaşların girişi polis tərəfindən qadağan edilib. Sərnişinlər jurnalistlərlə danışmaqdan çəkiniblər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Gürcüstanla viza rejimini ləğv edib, həmçinin Rusiya aviaşirkətlərinə ölkəyə birbaşa uçuşlar qadağasını ləğv edib.
XXX
Gürcüstan prezidenti bildirib ki, gürcü xalqının müqavimətinə baxmayaraq, "Rusiya öz çağırılmamış təyyarəsini Tbilisiyə endirib".
Bu gün "Azimut" şirkəti 2019-cu ildən bəri ölkəyə ilk birbaşa uçuş həyata keçirib. (Marja)