Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı - DETALLAR - VİDEO
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycanla Gürcüstan arasındakı digər keçidl məntəqəsində - Mazımqara gömrük postunda növbədə cəmi 15 yük avtomobili var.
Azərbaycanın İranla sərhədində isə ümumilikdə 212 yük avtomobili növbədədir. Bunlardan 125 avtomobil Biləsuvar gömrük postunda, 98 avtomobil isə Astara gömrük postundadır. Nəhayət, Rusiya ilə sərhəddə - Samur gömrük postunda cəmi 87 yük maşını var. Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.