Nəqliyyat vasitələrinin intensiv hərəkətinin müşahidə olduğu daha bir yol sahəsində hərəkət imkanları yaxşılaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, Nizami rayonu Mikayıl Əliyev küçəsinin Azərbaycan Britaniya Kollecinin qarşısından keçən hissəsində təhlillər əsasında bir sıra problemlərin olduğu aşkar edilib.
Belə ki, həmin hissədə yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilmir, nişan və nişanlanma xətlərində çatışmazlıqlar var idi. Həmçinin, mübahisəli nöqtələrin mövcud olduğu ərazidə piyada infrastrukturunun vəziyyəti də qənaətbəxş deyildi.
Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin hazırladığı layihənin icrasından sonra;
Yol kəsişməsində svetofor obyekti quraşdırılıb;
Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib;
İnfrastruktur işləri görülüb. Yeni səki və panduslar inşa olunub;
Nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.
Görülən işlərin nəticəsində;
Kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb;
Hərəkət növbəliliyi təmin edilib;
Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb;
Piyada əlçatanlığı təmin olunub.
Piyadaların maarifləndirilməsi məqsədi ilə “Nəqliyyat könüllüləri”-nin iştirakı ilə aksiya keçirilib. “Nəqliyyat könüllüləri” svetoforun iş rejimi barədə piyadalarla maarifləndirici söhbətlər aparıb.