Hazırki qəliz qlobal vəziyyətdə Orta dəhliz zəruridir.
Prezident: "Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq"
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Limak Holdings şirkətinin sədri Ebru Özdemir İsveçrənin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
"Bu dəhliz daha qısa və iqlim baxımından daha əlverişlidir. Dəhlizin keçdiyi ölkələr arasında möhkəm əməkdaşlıq əlaqələri, dostluq var. Əməkdaşlığın səviyyəsi yüksək olduqda özəl sektor üçün işləmək daha asan olur. Dayanıqlı inkişaf nöqteyi-nəzərindən bizim dəmir yollarına ehtiyacımız var. Bu dəhlizin zəruri elementi dəmir yollarıdır. İnfrastrukturu çox qısa vaxt ərzində tez və effektiv qurmaq olar. Düşünürəm ki, hökumətin dəstəyi və özəl sektorun iştirakı ilə bu reallaşdırılacaq", - o deyib.
E.Özdemir həmçinin dəhlizin işini idarə etmək üçün operator şirkətin yaradılmasının zəruri olduğunu qeyd edib.
"Digər mühüm amil vergilər və gömrüklə əlaqəlidir. Bu sistem sürətləndirilməlidir. Daha bir faktor valyutadır. Hazırki qəliz qlobal situasiyada bizə alternativ marşrut lazımdır. Bu dəhliz logistika mərkəzləri, özəl sektorun yaxından iştirakı deməkdir. Bundan bütün biznes qazanacaq", - o əlavə edib. (Trend)