Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
FED.az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.
Onun sözlərinə görə, qeyd edilən küçələr istiqamətində yarış ərəfəsində tərəfimizdən həyata keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi vacib şərtdir:
"Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Mirzə Fətəli Axundov adına park və onun ətrafı olan küçələr, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri - 31 may tarixindən iyunun 8-dək bu istiqamətlər üzrə hərəkətdə olan avtomobil sürücülərinə müraciət edirik ki, istiqamətin dəyişdirilməsini nəzərə alsınlar. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər".