Azərbaycan Ermənistana müraciət edərək, Qərbi Zəngəzurda quru və dəmir yollarını çəkməyə hazır olduğunu bildirməli, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə Azərbaycanın büdcəsinə ödəniləcək.
Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra bildirib.
O qeyd edib ki, bu, diplomatik münasibətləri olmayan iki ölkə arasında ilk körpü olar: "Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Halbuki, Azərbaycan Şərqi Zəngəzurda yolların tikintisini başa çatdırır", - deyə o qeyd edib. (Report)