Biz Azərbaycan olaraq son iki ildə Avropadan olan həmkarlarımızın Orta Dəhlizin əhəmiyyətini təşviq etməyə çalışmışıq. Amma təəssüf ki, onlar bu dəhlizə kifayət qədər önəm verməyiblər.
Rəşad Nəbiyev ABŞ ticarət katibinin köməkçisi ilə Orta Dəhlizi müzakirə edib
FED.az xəbər verir ki, bunu bu gün “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rəşad Nəbiyev deyib.
O bildirib ki, Avropalı tərəfdaşlar şərqlə qərb arasında yüklərin ənənəvi nəqliyyat xəttləri ilə daşınmasının kifayət etdiyi qənaətindədirlər. Amma hazırki reallıqlar, xüsusilə də geosiyasi proseslər onu göstərir ki, bu kifayət deyil: “Ənənəvi yollarla şərqlə qərb arasında və əks istiqamətdə yüklərin çatdırılması 53 günə başa gəlir. Biz isə region ölkələri ilə əməkdaşlıq çərçivəsində son bir ildə Orta Dəhlizlə yük çatdırılmalarını 22 günə qədər endirə bilmişik. Təbii faktlar ənənəvi yollarla daşımaların bu qədər qısa müddətə çatdırılmasına imkan vermir”.
Nazir xatırladıb ki, dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik", - deyə R. Nəbiyev əlavə edib. (Apa)