Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC 4 milyon 457 min ton yük daşıyıb.
"Azərbaycan Dəmir Yolları" qeyri-neft ixracatçılarının - İLK 10-LUĞUNA DÜŞDÜ
FED.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
Rüblük daşımaların 2 milyon 36 min tonu beynəlxalq, 1 milyon 651 min tonu tranzit, 771 min tonu isə daxili daşımaların payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 33,9 % çox, 15,9 % çox və 10,8 % azdır. (Report)