Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
FED.az xəbər verir ki, bu barədə ADY bildirir.
Məlumata görə, təkcə oktyabr ayında isə artım 24 % olub.
2023-cü ildə ADY ilk dəfə ildə 7 milyon sərnişin daşımağa nail olub. (Report)