2021-ci ildə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC 2 milyon 826 min 092 sərnişin daşıyıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 33 % çoxdur.
Ötən il sərnişin daşımalarının 97,2 %-i və yaxud 2 milyon 746 min 748 nəfəri Bakı-Sumqayıt elektrik qatarlarının payına düşüb. Bu, əvvəlki illə müqayisədə 51,1 % çoxdur.
İl ərzində koronavirus (COVID-19) pandemiyasına görə beynəlxalq sərnişin daşımaları 100 % azalıb, daxili sərnişin daşımaları isə 71,3 % azalaraq 79 min 344 nəfər təşkil edib.