"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaxın aylarda mobil tətbiqini istifadəyə verməyi planlaşdırır.
Parklanma ödənişi üçün mobil tətbiq istifadəyə veriləcək - VİDEO
FED.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, bu, sərnişindaşımada keyfiyyətin və müştəri məmnuniyyətinin artırılması istiqamətində atılan addımlardan biridir.
Bu ilin I yarısında Azərbaycanda dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur. (Report)