Azərbaycan dəmir yollarında təmassız bank kartları ilə ödəniş üzrə pilot layihə sınaqlar başa çatdıqdan sonra işə salınacaq.
Eləcə də bax: Azərbaycanın nəqliyyat sistemində müxtəlif növ ödəniş - İmkanları Yaradılacaq
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Baku Transit Forum 2021: Smart City" adlı onlayn tədbirdə deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank "Azərbaycan Dəmir Yolları"nın və digər strukturların dəstəyi ilə bu sınaqların ilkin mərhələsini uğurla reallaşdırır.
F.Osmanov bildirib ki, 2020-ci ildə Azərbaycanda elektron bankçılıq və nağdsız əməliyyatlar vasitəsilə pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb. (Trend)