Sərnişindaşımanın pandemiyadan əvvəlki dövrdə olan marşrutlar üzrə bərpası ilə əlaqədar hazırda 3 illik strateji istiqamətlər hazırlanıb. Bu plana uyğun olaraq sərnişindaşımanın mərhələli şəkildə bərpa olunması nəzərdə tutulub.
Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
ADY sədri qeyd edib ki, cənub istiqamətində yolun infrastrukturu hazırda orada keyfiyyətli xidmətlərin göstərilməsinə imkan vermir. Bu il 309 kilometrlik Bakı-Qəbələ reysini istifadəyə verdik. Bakı-Gəncə istiqamətini də əlavə olaraq 95 kilometr - Ağstafaya qədər genişləndirdik. Növbəti strateji planımıza uyğun olaraq, Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün hazırlıqlar gedir. Bu hazırlıqlara xeyli vaxt sərf olunacaq. Ancaq bu istiqamətlərə də qatarların açılması hədəfimizdədir”, - deyə R. Rüstəmov vurğulayıb. (Azərtac)