Rusiya ilə Gürcüstan arasında aviauçuşların yeni ilə qədər bərpa olunması gözlənilmir. Bu barədə tələsik qərar vermək olmaz.
FED.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası parlamentinin yuxarı palatasının üzvü, Gürcüstan ilə danışıqlar üzrə xüsusi nümayəndə Qriqori Karasin “İmedi” telekanalına müsahibəsində bildirib. Diplomat deyib ki, iki ölkə arasında aviauçuşların bərpası ilə bağlı məsələ nəzərdən keçirilib. Lakin hələlik qərar verilməyib.
Eləcə də bax: Rusiya Gürcüstanla aviasiya əlaqəsini - 2020-Cİ İLDƏN BƏRPA EDƏCƏK
“Biz Gürcüstanda baş verən hadisələrin inkişafını, Tbilisi küçələrində baş verənləri və ölkə ictimaiyyətindəki əhval-ruhiyyəni izləyəcəyik”, – deyə Q.Karasin vurğulayıb.
Qeyd edək ki, bu gün Gürcüstan Baş Nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Qriqori Karasin arasında Praqada növbəti görüş keçirilib.
Azərtac