ABŞ-də hava yollarının fəaliyyətində geniş miqyaslı fasilələr qeydə alınır. Medianın iyulun 19-da yaydığı xəbərlərdə bildirilir ki, rabitə problemləri səbəbindən ABŞ-nin ən böyük aviaşirkətləri – “United Airlines”, “American Airlines” və “Delta Airlines” uçuşları dayandırıb.
“Turkish Airlines” biletlərin bron edilməsinə dair problem barədə xəbərdarlıq edib
FED.az xəbər verir ki, bəzi məlumatlara görə, Britaniyanın “SkyNews” telekanalı şəbəkədən ayrılıb, “Windows” isə fasilələrlə işləyir.
Bundan əlavə, Berlin Hava Limanı da texniki nasazlıq səbəbindən mümkün qeydiyyat gecikmələri haqqında məlumat verib.
İspaniyanın hava limanlarında da kompüter sistemində insident baş verib. “Aena” operatorunun sözlərinə görə, bu, uçuşların gecikməsinə səbəb ola bilər.
Media, həmçinin, Böyük Britaniyanın bir sıra hava limanlarında və Türk Hava Yollarında uçuşların dayandırılması barədə yazır və bunun “böyük qlobal fasilə” səbəbindən baş verdiyini vurğulayır.
Avstraliyada İT sistemlərinin işində nasazlıq müşahidə olunub, bu, təkcə hava limanlarına deyil, banklara və supermarketlərə də təsir edib. Bu ölkədə nər olunan “WA Today” qəzetinin məlumatına görə, Apple Pay daxil olmaqla ödəniş sistemləri bundan təsirlənib.
Hindistanın “Times Now” kanalının ilkin məlumatlarına görə, qlobal fasilənin səbəbi Amerikanın kibertəhlükəsizlik xidməti olan “CrowdStrike” tərəfindən aparılan son yeniləmədir.
İrlandiyanın “Ryanair” aviaşirkəti və Edinburq Hava Limanı (Şotlandiya) da problemlər barədə xəbərdarlıq edib. (Trend)