Qlobal enerji dəhlizlərinin ən mühüm yollarından biri olan Hörmüz boğazında mümkün bağlanma neft bazarlarını birbaşa təhdid edir.
İran Hörmüz boğazını gəmilər üçün açıb - YENİLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ-ın investisiya bankı "Goldman Sachs" boğazda daşımaların bir ay müddətinə dayanması və ya yavaşlaması halında neftin qiymətində yarana biləcək artımları ssenarilər ilə sıralayıb.
1. Tam bağlanma (müdaxilə edilməsə) | +15 dollar
Boğazın bir ay ərzində tamamilə bağlı qalması və strateji neft ehtiyatlarından (Strategic Petroleum Reserve - SPR) istifadə edilməməsi və ya alternativ boru kəmərlərinin istifadə olunmaması halında qiymətlərin 15 dollar artacağı gözlənilir.
2. Tam bağlanma (boru kəməri dəstəyi ilə) | +12 dollar
Tam bağlanma zamanı mövcud olan 4 milyon barrel həcmində ehtiyat boru kəməri gücünün tam işə salınması halında qiymət artımının 12 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.
3. Tam bağlanma (boru kəməri + strateji ehtiyatlar) | +10 dollar
Boru kəmərlərinin istifadəsinə əlavə olaraq qlobal strateji neft ehtiyatlarının (SPR) bir ay ərzində gündəlik 2 milyon barrel sürətlə bazara çıxarılması halında qiymət artımının 10 dollarla məhdudlaşacağı gözlənilir.
4. 50% bağlanma | +4 dollar
Boğazdakı axının yarıbayarı azalması və ehtiyat boru kəməri gücünün aktiv istifadəsi halında qiymətlərə təsirin 4 dollar olacağı ehtimal edilir.
5. 25% bağlanma | +1 dollar
Daşımaların 25% həcmində azalması və boru kəməri gücünün istifadədə qalması vəziyyətində qiymət artımının yalnız 1 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.
Əlavə edək ki, Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 8,70% bahalşama ilə 79,21 dollara ticarət olunub. Bu gün səhər neftin qiyməti 82 dollaradək yüksəlmişdi. (Marja)











