Ağstafa rayonunda qış rejiminə uyğun olmayan mikroavtobsuların sürücüləri cərimələnib.
Eləcə də bax: “Qarda maşın sürə bilməyənlər, ümumiyyətlə, yola çıxmasınlar” - Yol Polisi
FED.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir.
Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparılır.
Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub, sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.