Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdiriləcək.
Bir neçə şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdiriləcək. Formulyarın formasını Nazirlər Kabineti təsdiqləyəcək. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.