"Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.
Eləcə də bax: Turistlərdən rüşvət alıb, dilənçilik edirlər – PREZİDENT ƏSƏBİLƏŞDİ
"Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir", - o qeyd edib.
Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: "Nargilə" kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək".