Qazaxıstanın bir necə hava limanı ölkədə davam etməkdə olan iğtişaşlar fonunda fəaliyyətini dayandırıb.
Eləcə də bax: "Air Astana" Almatı-Bakı aviareysini - LƏĞV EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, cümə axşamı günündən etibarən Alma-Atı, Aktau, Aktobe şəhərlərinin aeroportları işləmir.
Qazaxıstanın hakimiyyət orqanları “terror təhlükəsini” neytrallaşdırmağa kömək göstərilməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvlərinə müraciət edib. Təşkilat respublikaya kollektiv sülhməramlı qüvvələr göndərilib. Artıq kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə başlayıb.