Qazaxıstan Qərb ölkələrinə satdığı uranı Azərbaycan üzərindən ixrac etməyə başlayıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan Orta Dəhlizə dair Yol Xəritəsi - İMZALAYIB
FED.az xəbər verir ki, Qazaxıstanın «Kazatomprom» şirkəti uranı Transxəzər marşrutu ilə ixrac etməyə başlayıb.
Şirkətin məlumatında deyilir ki, Qazaxıstanın Milli Atom şirkəti təbii uranı Transxəzər marşrutundan istifadə etməklə Kanadaya ixrac edib.
Bildirilir ki, «Kazatomprom» bu marşrutu hələ 2018-ci ildə seçib, məqsəd Rusiya ilə bağı riskləri qaraqlamaq olub. Məsələ bundadır ki, indiyədək Qazaxıstan uranı dünya bazarlarına Rusiya üzərindən nəql edilirdi.
Şirkət bildirib ki, Transxəzər marşrutu mövcud olduğu üçün Rusiyaya tətbiq edilən sanksiyalar Qazaxıstandan uran ixracına təsir etməyəcək.
Rusiyanın «Atomİnfo-Senter» şirkətinin rəhbəri Aleksandr Uvarov bildirib ki, Qazaxıstan 5 il ərzində bu marşrutla 7-ci dəfə uran nəql edib.
Bildirilir ki, uranın Azərbaycandan və Gürcüstandan keçməklə Poti limanına göndərilib və oradan dəniz yolu ilə Kanadaya çatdırılıb.
Rusiya marşrutu isə sanksiyalar səbəbindən artıq ixrac üçün yararlı deyil.
Qeyd edək ki, dünyada uranın ilkin emalının 24%-i «Kazatomprom» şirkətinin payına düşür.