Qazaxıstan tərəfi ölkədəki 20-dən çox hava limanını avropalı investorların idarəçiliyinə verməyə hazırdır.
FED.az xəbər verir ki, bunu respublikanın nəqliyyat naziri Marat Karabayev Brüsseldə keçirilən Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda deyib.
Şöbə müdiri qeyd edib ki, respublikanın ən böyük hava limanları - Astana və Almatı artıq xarici holdinqlərin idarəçiliyindədir.
"Biz Qazaxıstanda qalan 22 hava limanını özəl sektora avropalı investorların idarəçiliyi altında verməyə hazırıq. Asiya ilə Avropa arasında tranzit qovşağına çevrilmək üçün böyük potensial var", - nazir qeyd edib. (Apa)