Bakı–Tbilisi–Bakı marşrutunda bütün siniflər üzrə gedişhaqqı açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
“Azərbaycan Dəmir Yolları”ndan (ADY) verilən məlumata görə, sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
Bakı-Tbilisi qatarında biletlərin baha olmasının - SƏBƏBİ AÇIQLANDI
Bildirilib ki, bu marşrut üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. İlk qatar mayın 25-də saat 23:10-da Bakıdan yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar hər gün saat 21:00-da Tbilisidən çıxaraq saat 06:24-də Bakıya gələcək.








![Qatarla Tbilisiyə gediş haqqı 81-117-180 manat imiş - [red]VARİANTLAR, ŞƏRAİT, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/2759389.jpeg)
![Qatarla Tbilisiyə gediş haqqı 81-117-180 manat imiş - [red]VARİANTLAR, ŞƏRAİT, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/1428005.jpeg)
![Qatarla Tbilisiyə gediş haqqı 81-117-180 manat imiş - [red]VARİANTLAR, ŞƏRAİT, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/842180.jpeg)
![Qatarla Tbilisiyə gediş haqqı 81-117-180 manat imiş - [red]VARİANTLAR, ŞƏRAİT, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/4348125.jpeg)








