Avqustun 10-na keçən gecə Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında reyslər məhdudlaşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb paytaxt Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücumun edilməsi olub.
Nəticədə təhlükəsizlik tədbirləri çərçivəsində təyyarələrin qəbulu və yola salınmasında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər səhər saatlarında ləğv edilib.
Ümumilikdə görülən tədbirlər 30-a yaxın reysə təsir edir.
Qeyd edək ki, Moskva şəhərinin meri Sergey Sobyanin paytaxt istiqamətində uçan iki PUA-nın yerli vaxtla 03:00-da zərərsizləşdirildiyini açıqlayıb.