Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi üçün "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədova tapşırıqlar verdi.
Eləcə də bax: Azərbaycan dəmir yolunda bir ilk - 160 KM/SAATLIQ LOKOMOTİV İŞƏ DÜŞDÜ
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti deyib:
“Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Vətəndaşların bir hissəsi qatarlardan istifadə etsə də, yenə tıxaclar var. Baxın, texniki imkan olmalıdır ki,biz bu yolu genişləndirək. Layihə hazırlayın, o yolu biz genişləndirməliyik. Lazım olan vəsait ayrılacaqdır”.
Saleh Məmmədova tezliklə layihənin hazırlanacağı və təqdim ediləyi sözünü verdi.