Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Nəqliyyat

  1. Ana səhifə
  2. Nəqliyyat
  1. Nəqliyyat

Prezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR

Prezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.az
14:41 7 Dek 2022

Dekabrın 7-də Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Xoşbəxt Yusifzadə: "Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi"

FED.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verərək dedi: Xoş gəlmisiniz, cənab Prezident, yeni inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” gəmisi istismara hazırdır.

Prezident İlham Əliyev: Salam. Xoş gördük. Təxminən üç il bundan əvvəl mən bu qərarı qəbul etdim və artıq gəmi hazırdır.

Akademik Xoşbəxt Yusifzadə: Bəli, hazırdır.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

Diqqətə çatdırılıb ki, hazırda ASCO-nun istifadəsində 21 tanker var. Gəmilərin yaş həddini nəzərə alaraq, tanker donanmasının yaxın gələcəkdə yenilənməsi planlaşdırılır.

Qeyd edək ki, “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. ASCO-nun Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 25 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

Ümumilikdə ASCO Bakı gəmiqayırma zavoduna indiyədək 10 gəminin tikintisi ilə bağlı sifariş verib. Onların artıq 9-nun, o cümlədən bir yedək, üç sərnişin, iki Ro-Pax tipli gəmi-bərənin və üç tankerin inşası başa çatdırılaraq istismara verilib. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 6 quru yük gəmisi və 3 tanker olmaqla, 9 gəmi istismar edilir. Bu gəmilərin heyət üzvləri tamamilə yerli mütəxəssislərdən ibarətdir.

x x x

Xoşbəxt Yusifzadə: Görün, nə qədər şar asılıb?!

Prezident İlham Əliyev: Sizin şərəfinizə. Təxminən üç il bundan əvvəl sizin yubileyinizi qeyd edərkən.

Xoşbəxt Yusifzadə: Təxminən üç ildir, az qalıb.

Prezident İlham Əliyev: 2020-ci ilin yanvar ayı, yubiley məclisində.

Xoşbəxt Yusifzadə: Yanvarın 14-də. Üç ilə bir-iki ay qalıb.

Prezident İlham Əliyev: Bir ay qalıb.

Xoşbəxt Yusifzadə: Bir ay yarım qalıb.

Prezident İlham Əliyev: Dedim, qərar qəbul edirəm ki, növbəti gəmi Xoşbəxt müəllimin adına olacaqdır və hamı üçün sürpriz olmuşdu, o cümlədən Xoşbəxt müəllim üçün. O bilmirdi mənim hədiyyəm nə olacaq, hədiyyəm də, bax, bu oldu.

Xoşbəxt Yusifzadə: Görürsünüz, mən həyatımı neçə illərdir dənizdə qoymuşam. Mən Sizə çox təşəkkürümü bildirirəm. Hörmətli Prezident, doğrudan da mənə böyük qiymət verdiniz, doğrudan da mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir. Ümumiyyətlə, Siz o vaxtlar elə bizimlə on il bir yerdə işləmisiniz. Prezident olandan sonra da elə gözünüz bizim üstümüzdədir. Bizim bütün nailiyyətlərimiz Sizinlə bağlıdır. Siz hamısı ilə fərəhlənirsiniz, bizə də diqqət yetirirsiniz.

Mən Sizə onu da deyim ki, cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü.

Təşəkkür edirəm Sizə, çox böyük iş gördünüz. Bu gün mənim demək olar ki, ən xoşbəxt günlərimdən biridir. Hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olsun, vallah, bunu heç yatıb yuxuda da görə bilməzdim.

Prezident İlham Əliyev: Bu, ədalətlidir.

Xoşbəxt Yusifzadə: Özü də ki, tanker. Məsələ ondadır ki, bilirsiniz, mən demək olar bütün gəmilərdə, tankerdə də olmuşam. Çünki hava bərk külək olanda başqa gəmi ilə qırağa çıxmaq mümkün deyildi. Biz tankerlərlə qırağa çıxırdıq. Hörmətli Prezident, əgər insanın bədənini neft sənayesinə bənzətsək, gəmiçilik onun ayaqlarıdır. Gəmiçilik olmadan biz dənizdə heç bir iş görə bilməzdik. Dənizdə nə yataqlar açmışıq, nə işlər görmüşük, nə edirik, bunlar hamısı gəmiçiliklə əlaqədardır. Çünki biz suda bunsuz heç bir iş görə bilməzdik. Özü də bu gəmiçiliyin o biri gəmiçilikdən - dəniz gəmiçiliyindən fərqi ondadır ki, o birilər birbaşa bir limandan başqa limana gedir, amma bu, açıq dənizə çıxır, platformalara yaxınlaşır. Odur ki, sizin hamınıza, bütün bu kollektivə öz təşəkkürümü bildirirəm. Bu, böyük vəzifədir.

Daha nə deyim?! Bir daha təkrar edirəm ki, bu, mənim ən xoşbəxt günlərimdən biridir. Mən Sizə necə minnətdarlıq edim, necə təşəkkürümü bildirim?!

Prezident İlham Əliyev: Sağ olun, Xoşbəxt müəllim.

Xoşbəxt Yusifzadə: Daha mənim əlimdən nə gələr, ancaq onu bilirəm ki, Sizin xətrinizi dünya qədər istəyirəm, ölənə qədər də nə cənab Heydər Əliyev, nə də Siz mənim heç vaxt yadımdan çıxmayacaqsınız. Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Sağ ol, Xoşbəxt müəllim. Siz Heydər Əliyevin işlərini xatırlatdınız. 1970-ci illərdə doğrudan da Azərbaycan neft sənayesinin yeni dövrü başlamışdır və siz də o işlərin iştirakçısı kimi o günləri yaxşı xatırlayırsınız. Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda Xəzər dənizində neft-qaz yataqlarının işlənməsinə yeni təkan verildi. O cümlədən yaxşı xatırlayırsınız ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə və deyə bilərəm ki, təkidi ilə Dərin özüllər zavodu inşa edilmişdir. Hansı ki, o vaxt Həştərxanda planlaşdırılırdı. O, ondan xəbər tutdu, sovet hökumətinin yüksəkvəzifəli şəxslərinə müraciət etdi və sübut etdi ki, bu, Dərin özüllər zavodunun tikilməsi üçün ən məqbul yer Bakıdır, Azərbaycandır. Nə üçün? Çünki Xəzərin bütün neft-qaz sənayesinin mərkəzi bura idi və buna nail oldu.

İndi siz də yaxşı xatırlayırsınız ki, biz “Əsrin kontraktı” üzərində işləməyə başlayanda bu Dərin özüllər zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi. Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni, o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə “Əsrin kontraktı” üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz.

Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq. Bax, bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulmuşdur. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik. Bu gəminin sizin adınıza olması hesab edirəm ki, çox ədalətlidir. Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var - həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır. Ona görə təbrik edirəm, Xoşbəxt müəllim.

Xoşbəxt Yusifzadə: Çox sağ olun.

Prezident İlham Əliyev: Mən yubiley tədbirində demişdim ki, bu tankerin açılışını bərabər edəcəyik. Bax, bu gün gəldi.

Xoşbəxt Yusifzadə: Sizin o qədər işiniz var. Bununla bərabər, gəlib burada tankerin istismara verilməsində iştirak etməyiniz doğrudan da bizim hamımız üçün, burada olanlar üçün böyük fəxrdir. Biz hamımız Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Xoşbəxt Yusifzadə: Mən Prezidentlə bir yerdə lent kəsirəm, bunu heç yaddan çıxartmaq olar?

Prezident İlham Əliyev: Təbrik edirik.

x x x

Sonra Prezident İlham Əliyev və akademik Xoşbəxt Yusifzadə tankerin istismara verilməsini bildirən lenti kəsdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

x x x

Qeyd edək ki, dünyada postpandemiya, geosiyasi təlatümlər, münaqişə ocaqları və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları özü istehsal edir. Bakıdakı zavodlarda gəmilərin istehsalı, o cümlədən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür.

Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda həyata keçirilən böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etdiyini göstərməklə, gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə nümayiş etdirir.

Onu da qeyd edək ki, Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilir. Bu da ölkəmizin neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə diqqət və qayğının, eləcə də böyük hörmətin göstəricisidir. Tankerə bu ad 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən verilib.

Prezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.azPrezident “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində - İŞTİRAK EDİB - TAM MƏTN - FOTOLAR | FED.az
Banner
Banner
  • Xoşbəxt Yusifzadə
  • Prezident
  • Akademik Xoşbəxt Yusifzadə
  • tanker
  • istismara vermək
  • mərasim
Paylaş

Digər xəbərlər

“Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
Nəqliyyat 28 Yan 2023
“Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
Azərbaycanda hava ilə sərnişindaşımada qiymətlər - 50% BAHALAŞIB
Nəqliyyat 27 Yan 2023
Azərbaycanda hava ilə sərnişindaşımada qiymətlər - 50% BAHALAŞIB
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb - VİDEO
Nəqliyyat 27 Yan 2023
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb - VİDEO
Yeni tikilən metro stansiyasında daha bir mərhələ üzrə - İnşaat İşləri Tamamlanıb
Nəqliyyat 27 Yan 2023
Yeni tikilən metro stansiyasında daha bir mərhələ üzrə - İnşaat İşləri Tamamlanıb
AZAL Bakıdan üç yeni istiqamət üzrə - UÇUŞLARA BAŞLAYACAQ
Nəqliyyat 27 Yan 2023
AZAL Bakıdan üç yeni istiqamət üzrə - UÇUŞLARA BAŞLAYACAQ
AZAL 3 yeni Airbus A320Neo təyyarəsi alıb - FOTOLAR
Nəqliyyat 27 Yan 2023
AZAL 3 yeni Airbus A320Neo təyyarəsi alıb - FOTOLAR
"Maşın bazarı" yanında hərəkət qaydası dəyişdirilib - BNA-DAN AÇIQLAMA - VİDEO
Nəqliyyat 27 Yan 2023
"Maşın bazarı" yanında hərəkət qaydası dəyişdirilib - BNA-DAN AÇIQLAMA - VİDEO
Bakıda 47 avtobus gecikir -  -SİYAHI
Nəqliyyat 27 Yan 2023
Bakıda 47 avtobus gecikir - -SİYAHI
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Nəqliyyat 27 Yan 2023
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir - FOTO - VİDEO
Nəqliyyat 26 Yan 2023
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir - FOTO - VİDEO
Bu yolda qayda dəyişdi, cərimələnə bilərsiniz – FOTO
Nəqliyyat 26 Yan 2023
Bu yolda qayda dəyişdi, cərimələnə bilərsiniz – FOTO
Bakıda bu yollarda tıxac var - SİYAHI
Nəqliyyat 26 Yan 2023
Bakıda bu yollarda tıxac var - SİYAHI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan və Misir əczaçılıq sahəsində - Müştərək Müəssisələr Yaradacaq
    13:59 28 Yan 2023
  • Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə - GÖRÜŞÜ OLUB
    13:53 28 Yan 2023
  • Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücuma - MÜNASİBƏT BİLDİRİB
    13:38 28 Yan 2023
  • Dağlara qar yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    13:34 28 Yan 2023
  • Rusiyadan xaricə pul köçürmələri rekord həddə çatıb - STATİSTİKA
    13:26 28 Yan 2023
  • İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan - Vəzifəli şəxslər müəyyənləşəcək
    13:19 28 Yan 2023
  • Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
    13:09 28 Yan 2023
  • Azərbaycan-Misir sənədləri imzalanıb - FOTO
    13:00 28 Yan 2023
  • Malın gömrükdən buraxılmasına dair müraciətə - 1 GÜNƏ BAXILACAQ
    12:54 28 Yan 2023
  • Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - MƏBLƏĞLƏR
    12:50 28 Yan 2023
  • Prezident Telekommunikasiya haqqında qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:45 28 Yan 2023
  • Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - QAYDALAR HAZIRLANACAQ
    12:42 28 Yan 2023
  • Dövlət qurumu yük avtomobilləri üçün yağlar və mayelər alır- TENDER ELANI
    12:40 28 Yan 2023
  • Dövlət qurumu minik avtomobilləri üçün yağlar və mayelər alır - TENDER ELANI
    12:38 28 Yan 2023
  • Prezident “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:38 28 Yan 2023
  • Xüsusi baş geyimlərinin alınması ilə bağlı - TENDER ELAN
    12:32 28 Yan 2023
  • AMB: Sığorta sektorunda boşluqların doldurulması istiqamətində işlər davam edir
    12:32 28 Yan 2023
  • G7 Rusiyanın dizel yanacağı üçün - 100-110 dollar qiymət həddini dəstəkləyir
    12:19 28 Yan 2023
  • Bakı Şəhər İH abadlıq üzrə çoxmilyonluq tender elan etdi
    12:08 28 Yan 2023
  • Ən çox maaş alan iri bankın baş direktorunun maaşı - 25 milyon dollara qədər azaldı
    12:03 28 Yan 2023
  • Bakı Şəhər İH malların alınması üzrə çoxmilyonluq tender elan etdi
    12:02 28 Yan 2023
  • Tesla səhmləri ardıcıl 2 gündə - 20%-DƏN ÇOX BAHALAŞIB
    11:59 28 Yan 2023
  • Ermənistanda qadınlar da hərbi xidmət edə biləcək
    11:54 28 Yan 2023
  • Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
    11:51 28 Yan 2023
  • Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb - SİYAHI
    11:45 28 Yan 2023
  • “Nissan” mühərrikdəki nasazlığa görə 520 min avtomobili - GERİ ÇAĞIRIR
    11:39 28 Yan 2023
  • Rayonlarda texniki binanın icarəyə götürülməsi ilə bağlı - TENDER ELANLARI
    11:35 28 Yan 2023
  • BMT Azərbaycanın Tehrandakı səfirliyinə - HÜCUMU PİSLƏYİB
    11:32 28 Yan 2023
  • “Tatspirtprom” Azərbaycanda məhsulun butulkalara doldurulmasını - TƏŞKİL EDƏCƏK
    11:26 28 Yan 2023
  • Maliyyə Monitorinqi Xidməti – AUDİTOR SEÇİR
    11:22 28 Yan 2023
  • Bu şəxslərin də maaşı artırılaraq - 1296 MANAT OLDU
    11:17 28 Yan 2023
  • Xüsusi yağlar və mayelərin alınması üzrə - TENDER ELANI
    11:14 28 Yan 2023
  • Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
    11:01 28 Yan 2023
  • “Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
    10:48 28 Yan 2023
  • Dövlət qurumu 400 ton yonca otu alır - TENDER
    10:47 28 Yan 2023
  • Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
    10:42 28 Yan 2023
  • Dövlət qurumu 300 ton vələmir və yemlik arpa alır
    10:40 28 Yan 2023
  • Dövlət Sərhəd Xidməti – TENDER ELAN ETDİ
    10:35 28 Yan 2023
  • Misir Prezidentinin Bakıda Azərbaycanın iş adamları ilə görüşü olub - FOTOLAR
    10:33 28 Yan 2023
  • DOST Agentliyi - TENDER ELAN ETDİ
    10:29 28 Yan 2023
  • “Moody's” 2024-cü ilə qədər neft və qaz qiymətləri ilə bağlı - Proqnozlarına Yenidən Baxıb
    10:27 28 Yan 2023
  • İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri - MÜZAKİRƏ OLUNUB
    10:23 28 Yan 2023
  • Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI
    10:19 28 Yan 2023
  • Bakı Metropoliteni 279,7 ton metal məmulatı alır - TENDER ELANI
    10:16 28 Yan 2023
  • SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini - AÇIQLADI
    10:08 28 Yan 2023
  • Azərbaycanda şüşə şirkəti 122 ton polietilen örtük alır - TENDER ELANI
    10:05 28 Yan 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 28 Yan 2023
  • Müxtəlif növ qaynaq çubuqlarının alınması ilə bağlı - TENDER ELANI
    09:53 28 Yan 2023
  • Bu şirkət "Faktor Lizinq"i - MƏHKƏMƏYƏ VERİB
    09:39 28 Yan 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    09:28 28 Yan 2023
  • Dövlət qurumu 20 000 ədəd qulaqlı papaq alır
    09:20 28 Yan 2023
  • Dövlət Turizm Agentliyi – TENDER ELAN ETDİ
    09:12 28 Yan 2023
  • Müdafiə Nazirliyindən iki – TENDER ELANI
    08:56 28 Yan 2023
  • QMİ Azərbaycanın İrandakı səfirliyinə hücumu siyasi məqsədli terror aktı kimi qiymətləndirib - BƏYANAT
    18:26 27 Yan 2023
  • Səfirliyimizə hücum edən terrorçu rahatlıqla müsahibə verir - FOTO - VİDEO
    18:18 27 Yan 2023
  • Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
    18:12 27 Yan 2023
  • Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    18:03 27 Yan 2023
  • Azərbaycanda 5 şirkətin səhmləri satışa çıxarılır – SİYAHI
    18:03 27 Yan 2023
  • Azərbaycanda öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    17:57 27 Yan 2023
  • «Tesla» satışları artırıb - Rekord mənfəət əldə edib
    17:56 27 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!