Rusiya ərazisində Polşa «TIR»larının hərəkəti qadağan edilib.
Qanunlar dəyişəndən sonra Azərbaycan üzərindən yük daşımaq – DAHA SƏRFƏLİ OLUB
FED.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması mayın 23-də qərar qəbul edib.
Qərara əsasən Duma yekdilliklə Polşa avtodaşıyıcılarının Rusiya ərazisindən yük daşımasına qadağa qoyulmasına səs verib.
Bu barədə Dumanın spikeri Vyaçeslav Volodin açıqlama verib. Bu qərara səbəb Polşada «müşahidə olunan rusofobiya» və Polşadakı rus hərbçilərinin abidələrinin dağıdılması olub:
«Polşa rəhbərliyi bizim əsgər və zabitlərin abidələrinin dağıdılmasına görə və rusofof siyasətə görə cavab verməlidir»-deyə spiker yazıb.
Onun sözlərinə görə, bu qərarın Polşa tərəfinə vuracağı təqribi zərər 8,5 milyard dollardır. O bildirib ki, qadağa Polşanın 2 minə yaxın nəqliyyat şirkətinə və 20 min qnəfər sürücüsünə Volodin bildirib kİ, bu şirkətlər müflisləşmə ilə üzləşə bilər, sürücülər isə ixtisar olunacaq.
Qadağadan sonra Polşa yük avtomobillərinin Rusiya ərazisinə daxil olması qadağan ediləcək, onlar Rusiya sərhədində yükləri başqa avtomobillər yükləməli olacaqlar.
Tarix və Rusiya-Polşa münasibəti öz yerində, amma Dumanın bu qərarndan regiondakı digər ölkələr, o cümlədən Azərbaycanın nəqliyyat şirkətləri də faydalana, yəni Polşa və Rusiya arasında daşımalara başlaya bilərlər.