Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Bu barədə FED.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi Bakı, Sumqayıt, Abşeronun - RƏQƏMSAL XƏRİTƏSİ HAZIRLAYIB
Məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.
“Azərbaycan Avtomobil Yolları” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.