Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadıldı. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı. Taksilərin işləyib, işləməyəcəyi insanlarda sual döğururdu ki, bunun barəsində artıq 4 dəfə açıqlama verildi. Son nəticə olaraq açıqlandı ki, “Həftəsonu yalnız lisenziyası olan şəxslər və şirkətlər taksi fəaliyyəti ilə məşğul ola biləcək”. Rəsmi icazəsi olmayan şirkətlər isə həftəsonu fəaliyyət göstərə bilməzlər.
Eləcə də bax: DİN: Lisenziyası olanlar həftəsonu taksi fəaliyyəti ilə - Məşğul Ola Biləcək
Mövzunun aktuallığını nəzərə alaraq, paytaxtda fəaliyyət göstərən taksi xidmətlərinin təklif etdikləri qiymətləri araşdırdıq.
Azərbaycanda taksi xidmətləri günü-gündən artmaqdadır. Bəs görəsən, paytaxtımızda xidmət göstərən taksi şirkətləri arasında ən ucuz qiyməti hansı təklif edir?
FED.az bildirir ki, Banker.az paytaxtın ən məşhur taksi şirkətləri ilə əlaqə saxlayıb eyni məsafayə onlardan ödəniş haqqı ilə maraqlanıb.
Belə ki, Binəqədi rayon İcra Hakimiyyətindən 28 may metro stansiyasına qədər olan yola görə müxtəlif taksi şirkətləri müxtəlif qiymətlər təklif ediblər.
Banker.az qeyd edilən məsafə üzrə taksi şirkətlərinin qiymət siyahısını sizə təqdim edir: