“Tramp marşrutu” üçün Ermənistan-Amerika birgə şirkəti yaradılacaq.
"Trampın öz adını verdiyi layihə mütləq reallaşdırılacaq"
FED.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, burada Ermənistan strateji əhəmiyyətli məsələlərdə həlledici səsə malik olacaq.
Paşinyan TRIPP-in idarəçiliyi üzrə ABŞ-la 49 və ya 99 illik icarə müddətinin müzakirə olunduğunu bildirib. (Apa)












