Avtomobillərin parklanmasına görə ödənişlər fərqli – nağdsız qaydada ediləcək.
Azərbaycanda avtomobillərin parkinq pulu - YALNIZ KARTLA ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bəzi sürücülər deyirlər ki, ödənişlərin nağdsız qaydada olması onların işini asanlaşdıracaq. Amma məsələyə fərqli yanaşanlar da var.
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bununla bağlı əvvəlcə sistem müəyyənləşdirilməlidir. Sonra isə ödənişlərin hansı qaydada həyata keçiriləcəyi məlum olacaq. Onun sözlərinə görə, prosesi ödəmə terminalları vasitəsi ilə də həyata keçirmək olacaq.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, parklanma üçün ödənişlərlə bağlı xüsusi mobil tətbiq də istifadəyə veriləcək. Məlumata görə, bunun üçün ilkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər isə sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək. (Xezerxeber.az)