“Pakistan International Airlines” (PIA) aviaşirkəti son 10 gün ərzində 322 daxili və beynəlxalq reysi ləğv edib.
Azərbaycanda mülki PUA sistemlərinin istismarına dair dövlət rüsumları - MÜƏYYƏN EDİLƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, PIA öz tarixinin ən kəskin maliyyə böhranını yaşayır.
Qəzet yazır ki, şirkət vəsaitlərinin olmamasından yanacaq tədürükünü azaltmalı olub və hazırda bağlanmaq təhlükəsi ilə üz-üzədir.
Aviaşirkətin yanacaq tədarük edən “PSO” dövlət neft şirkətinə borcu 2,4 milyon dolları ötüb. Nəticədə PIA borcunu ödəmək üçün banklardan əlavə borc istəməli olub.