Azərbaycan və İran sərhəddə iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin edəcək körpülərin tikintisinə başlayıblar, bu yol 2024-cü ilədək hazır olacaq.
Eləcə də bax: Azərbaycan XİN Paşinyana Zəngəzur dəhlizi ilə bağlı - CAVAB VERİB
FED.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.
“Bu gün “Şimal-Cənub” və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəəhlizlərin kəsişməsi məhz Cənubi Qafqazda formalaşır. Onun yaradılacağı halda Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatları Avrasiyada coğrafi yerləşmə üstünlüklə əlaqədar əlavə icarə haqqı əldə etməyə başlayacaq”, - Overçuk bildirib.
Overçuk cümə günü “Rusiyada istehsal olunub - 2022” Beynəlxalq İxrac Forumu çərçivəsində plenar sessiyada çıxışı zamanı qeyd edib ki, Azərbaycanın rayonları ilə Naxçıvan arasında Ermıənistan və ya Uran ətazisindən keçməklə nəqliyyat yollarının açılması mühüm rol oyanayacaq.
“Bu gün Azərbaycan və İran sərhəddə iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın rayonları ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin edəcək körpülərin tikintisinə başlayıblar. Ermənistan ərazisi ilə dəmir və avtomobil yollarının Mehridən keçməklə tikintisi (...) Ermənistanın mövqeyindən asılıdır. Həmçinin, Ermənistandan yan keçməklə İran ərazisində artıq avtomobil yolu tikilir, yəni təxminən 2024-cü ilə qədər yol hazır olacaq və İran, Türkiyə, daha sonra Avropa bazarlarına çıxışı təmin edəcək”, - Overçuk deyib. (İnterfaks-Azərbaycan)