2018-ci ildə Bakı Metropoliteninin inkişafına dövlət investisiyaları 165,74 mln. manat təşkil edib ($97,5 mln.).
FED.az xəbər verir ki, 2018-ci il ərzinbdə olan hesabata görə, bütövlükdə, 2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin metro xəttlərinin tikintisinin davam etdirilməsinə dövlət büdcəsindən 165,74 mln. manat ayrılıb (artım 4,5 dəfə - İF)”.
Xüsusilə, ötən il bu vəsait hesabına 3-cü (bənövşəyi) metro xəttində "B-3"-"B-4"-"B-5" stansiyalarının hissələrinin tikintisi, "B-3" stansiyasında “A”, “D”, “C” çıxışlarında tikinti-quraşdırma işləri, “B-2” və “B-3” stansiyaları arasında tunelin yuxarı hissəsinin tikintisi və “B-3” stansiyasının yuxarı hissəsində izolyasiya işləri davam etdirilib.
Bundan əlavə, 2018-ci ildə «Depo-1» elektrik yarımsransiyasının tikintisi başa çatdırılıb.
Eləcə də bax: Azərbaycanda bank sahibləri kimlərdir: payını satanlar və ya “əldəyişməsi” edənlər – CƏDVƏL
“Ötən il “Sahil” metro stansiyasının tikintisinin başa çatdırılmasına ümumi investisiyalar 16 mln. 257,6 min manat təşkil edib. Bunun 14 mln. 34,4 min manatı dövlət vəsaiti, 2 mln. 223,2 min manatı Bakı Metropoliteninin öz vəsaitinin payına düşüb”, - hökumətdən qeyd ediblər.
Hökumətin məlumatına görə, 2018-ci ildə Bakı Metropoliteni ilə 231 mln. nəfər daşınıb (2017-ci illə müqayisədə artım 0,9%).
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 24 stansiyadan ibarətdir. 2030-cu ilə qədər stansiyaların sayı 76-ya, metro xətlərinin ümumi uzunluğu isə 109 km-ə çatacaq.