"2019-cu ilin nəticələrinə görə, Azərbaycanda 1 376 km yol tikilib, təmir olunaraq istifadəyə verilib".
FED.az xəbər verir ki, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, yol – hər bir dövlətin iqtisadi göstəricisidir.
"Ötən il ərzində Bakı və ətraf qəsəbələrdə 301 km yol təmir olunub, olmayan yerlərdə yeni yollar çəkilib. Cari ildə də bu işlər davam etdiriləcək", - deyə S. Məmmədov qeyd edib.