Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı bu ilin yanvar ayında 18 milyon nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisə ilə 0,7 milyon nəfər və ya 4,2% çoxdur.
Belə ki. əvvəlki ilin yanvarında metro ilə 17,3 milyon nəfər daşınmışdı.