Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən respublika ərazisində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerləri müəyyən edilib.
Eləcə də bax: Qanunsuz işləyən avtovağzallar - BAĞLANACAQ - NAZİRLİK
FED.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər
Onların fəaliyyətinin dayandırılması üçün aidiyyatı üzrə müraciət ediləcək. Hazırda əsas problem kimi heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq dövlət qurumu ilə birgə reydlər keçirir. Gələcəkdə bu reydlərin davam etdirilməsi nəzərdə tutulur. (Trend)