Məlumat verildiyi kimi, Azərbaycan Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.
İrandan keçən Bakı-Naxçıvan avtobus reysləri dayandırıldı
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına Nazirlər Kabinetindən xəbər verilib.
Qeyd edlib ki, bununla əlaqədar hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.











