Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yolu bağlayan yük avtomobillərinə görə heç kimin işdən çıxarılmadığı bildirilib.
Eləcə də bax: Nazirlikdən Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir: “Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”.
Qeyd edək ki, bugün yerli mətbuatda Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarıldığı barədə məlumat yayımlanıb. Məlumata görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib. Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb. (Marja)