Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” qanuna ziddir.
«PASHA Holding» də Azərbaycanda taksi xidmətinə başlayır – TAKSİ BAZARINI NƏ GÖZLƏYİR?
FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumda taksi şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşdə bildirilib.
Nazirlik rəsmiləri bəyan edib ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
Vurğulanıb ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir.