“Taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var”.
Nazir: “Taksi normadan çoxdur, avtobus sərnişinlərinin sayı 35 faiz azalıb” – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil:
“Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır. Bakıda mobilliyin təmin olunması, yeniliyin faydaları barədə araşdırmalar aparırlır". (Apa)