"BakuBus" MMC-nin D kateqoriyalı 1 000 nəfər sürücüyə ehtiyacı var.
Nazir müavini: "Taksidən kənarlaşdırılan sürücülər avtobus sürücüsü ola bilər"
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu ehtiyac 160 ədəd elektrikli avtobusun xəttə buraxılması və 200 adi avtobusun istismara qaytarılması hesabına yaranıb. (Report)