Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
FED.az xəbər verir ki, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.
O, bu təyinata qədər Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu. (Apa)