Naxçıvan Beynəlxalq Hava Limanında reyslərin bərpası istiqamətində işlər aparılır.
Naxçıvan Beynəlxalq Hava Limanı vuruldu - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu gündən etibarən hava limanının fəaliyyəti bərpa edilib.
Uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.
Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu. (Apa)











