Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq iyulun 18-dən gecə 00:00-dan iyulun 20-si səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Eləcə də bax: Şənbə-bazar bu yerlərdə "ASAN xidmət" - İŞLƏMƏYƏCƏK
Bakı Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, bu gün isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.