Moskva şəhərinin Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") məlumat verib.
Məlumata görə, məhdudiyyətlər PUA hücumu təhlükəsi səbəbindən tətbiq edilib. Qeyd olunur ki, hazırda Moskvanın yuxarıda adı qeyd olunan hava limanlarında təyyarələrin uçuşu və qəbuluna icazə verilmir. (Oxu.az)